İcra Hakimiyyətində daha bir qalmaqal:MÜAVİNLƏ ŞİKAYƏTÇİ ƏLBƏYAXA OLDU

İcra Hakimiyyətində daha bir qalmaqal:MÜAVİNLƏ ŞİKAYƏTÇİ ƏLBƏYAXA OLDU
  • Siyasət / Araşdırma / Manşet

  • Sabirabad İcra Hakimiyyətində daha bir qalmaqal yaşanıb. Bu dəfə də qəbula gəlmiş sakinlərlə İcra Hakimiyyətinin nümayəndləri arasında narazılıq yaranıb.

    Asiya.az xəbər verir ki, bu barədə rayon sakini, AXCP funksioneri Sahib Rüstəmli məlumat yayıb.

    O bildirib ki, iki gün əvvəl saat 11 radələrində bir qrup şikayətçi Sabirabad İcra Hakimiyyətinə gələrək, icra başçısı ilə görüşmək istəyirlər. “Görüş zamanı icra başçısı ilə şikayətçilərin sözləri çəp gəlir. Məsələyə icra başçısının birinci müavini Həsən Həsənov müdaxilə etsə də, iş böyüyüyb, davaya çevrilir. Şikayətə gəlmiş qadınlardan biri Həsən Həsənovla əlbəyaxa olurlar. Bu zaman qadının ürəyi gedir. Əvvəl Təcili Yardım, daha sonra isə polis gəlir. İcra başçısı Siraqəddin Cabbarov isə göstəriş verib ki, qadını polisə aparsınlar”.

    Sahib Rüstəmli bildirib ki, hadisənin çəkilişini aparanlar olsa da, polis onlardan telefonları alaraq, görüntüləri silib.

    Asiya.az xəbər verir ki, buna bənzər hadisə rayonda bir-neçə gün əvvəl də baş verib. Belə ki, susuzluqdan əziyyət çəkən rayonun Zəngənə kəndinin sakinləri toplaşaraq vəziyyəti yeni başçıya çatdırmaq üçün onun qəbuluna gəliblər. Sahib Rüstəmlinin verdiyi məlumatda deyilirdi ki, bundan xəbər tutan məmurlar müxtəlif üsullarla camaatın yarısını yoldan qaytarıblar. “İcra başçısı Siraqəddin Cabbarov isə onları dinləmək əvəzinə, hədələyərək, otağından qoyub. Deyib ki, mən yeni gəlmişəm, problemlər mənlik deyil”.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər