Hacı Mazanın səhhəti ilə bağlı açıqlama

Hacı Mazanın səhhəti ilə bağlı açıqlama
  • Cəmiyyət

  • Bir neçə gün əvvəl yol qəzasına düşən iş adamı Hacı Ramazan Zeynalov (Hacı Mazan) ikinci dəfə əməliyyat olunacaq.

    Asiya.az xəbər verir ki, bu barədə Lent.az-a Tədris Cərrahiyə Klinikasından məlumat verilib. Bildirilib ki, R.Zeynalovun vəziyyəti stabil olaraq qalır: "Hazırda reanimasiyadadır. Sınıqları olduğu üçün gözləyirik ki, bir az da özünü toparlasın və əməliyyat olunsun”.

    Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”ində qəzaya uğrayıb.

    Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər