Musa Yaqubun vəfat xəbəri yanlış çıxdı - Özü danışdı

Musa Yaqubun vəfat xəbəri yanlış çıxdı - Özü danışdı
  • Cəmiyyət / Manşet

  • Azərbaycanın xalq şairi Musa Yaqubun vəfat etməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

    Asiya.az xəbər verir ki,bu barədə Kult.az-a xalq şairi özü məlumat verib.

    M.Yaqub qeyd edib ki, hazırda özünü yaxşı hiss edir.

    Xalq şairi Sabir Rüstəmxanlı isə xəbəri eşidəndən sonra Musa Yaquba zəng etdiyi barədə yazıb.

    “İndicə xalq şairi Musa Yaquba zəng vurdum, səsi gur və sağlam idi. Musa Yaqub yenə ənənəvi sualını verdi: “Bəs nə vaxt gəlirsən?” Məlum oldu ki, bu arada cəmi bircə dəfə tələsdiyimdən ona baş çəkmədən keçib Zaqatalaya getdiyimi bilir. “Bu istidə niyə oturmusan şəhərdə? Gəl bir dərdləşək” deyib məni tələsdirdi, “Müalicəyə getməliyəm, sonra gəlib məni tapmazsan” deyib güldü.

    Səsindən Babadağ havası vururdu. Babadağ durduqca bu səs də yaşayacaq...” - S.Rüstəmxanlı bildirib.

    Qeyd edək ki, Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Ötən gün isə təzyiqinin yüksəlməsi səbəbindən xəstəxanaya müraciət edib və müayinələrdən sonra evə buraxılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər