Avropa ölkəsində su qıtlığı yaranıb: Əhalini qənaət etməyə çağırırlar

Avropa ölkəsində su qıtlığı yaranıb: Əhalini qənaət etməyə çağırırlar
  • Dünya / Manşet

  • Fransada ciddi su qıtlığı yaşanır. Ölkənin 32 departamentində böhran vəziyyəti hökm sürür.

    Asiya.az xəbər verir ki, “Le Monde” qəzeti su qıtlığı ilə bağlı material hazırlayıb. Qəzetin yazdığına görə, hətta insanlara çox su işlətməməyi məsləhət görürlər. Su idarələri prioritet olmayan məsələlərdə istifadənin vacib olmadığını adamlara çatdırır.

    Ümumilikdə 32 departament böhran vəziyyətindədir. Mümkün qədər dövlət xəstəxanalarını içməli su ilə təmin etməyə çalışırlar. Bundan başqa, həmin bölgələrdə kənd təsərrüfatı ilə bağlı narahatlıq var. Departament rəhbərləri problem həll etmək yolları haqda baş sındırır.

    Su qıtlığının əsas səbəbi kimi quraqlıq göstərilir. Meteoroloji müşahidələrəərzində Fransada hələ belə yüksək temperatur görülməmişdi. Bu ilin iyunun Farnsa tarixinə ən isti ay kimi düşdü.

    Vandeya departamentində hətta içməli suyu da çatdıra bilmirlər. Ən böyük istilər məhz burada yaşanır. Yerli prefektura sakinlərə suya qənaət etmək xahişini çatdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər