Yeşilçam ulduzundan qalmaqallı etiraf - "Pərəstişkarım məni zorladı"

Yeşilçam ulduzundan qalmaqallı etiraf - "Pərəstişkarım məni zorladı"
  • Mədəniyyət

  • Türk kinosunun intim səhnələrinin ulduzu Sevtap Parman özəl həyatı ilə bağlı açıqlamalar verib.

    Asiya.az ölkə.az-a istinadən bildirir ki, aktrisa pərəstişkarı tərəfindən qaçırılaraq zorlandığını etiraf edib.

    Sevtap 1962-ci ildə İstanbulda anadan olub. "Playmen" jurnalında açıq-saçıq fotosessiyadan sonra məşhurlaşıb. Tarık Akanla çəkildiyi "Paramparça" filmi ilə ulduza çevrilib. Açıq-saçıq səhnələri oynamaq onun üçün adi iş idi.

    Aktrisa başına gələn bədbəxt hadisəni belə izah edib:

    "Alper Kuyumcu adlı pərəstişkarım mənə zəng edib Alanyada evlərinin olduğunu dedi:

    ""Siz bizim yerlərə gəlmişdiniz. Ərinizlə və sizinlə tanış oldum. Sizin pərəstişkarınızam. Alanyadakı evinizi satmaq istədiyinizi eşitdim. Sizinlə görüşmək istəyirəm". Mən ona inandım və evə dəvət etdim. Yarım saat dil tökdü və mənimlə yatmaq istədiyini dedi. Mən isə ailəli olduğumu, bu işlərin mənə görə olmadığını dedim. Kuyumcu bunu eşidəndə silahını çıxardı və məni hədələdi".
    PAYLAŞ:

    Oxşar xəbərlər