“Ümummilli Liderimiz” bilik yarışı - FOTO

“Ümummilli Liderimiz” bilik yarışı - FOTO
  • Sosial

  • 11 iyul 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümünə həsr olunmuş “Ümummilli Liderimiz”adlı bilik oyunu keçirildi.

    Birincilikdə Qaradağ rayonun fəal gəncləri iştirak edirdi. Tədbir gənclərin Heydər Əliyev Mərkəzi ilə tanışlıqla başlandı. Mərkəzin işçiləri tərəfindən nümayəndələrə Heydər Əliyevin şəxsi həyatı, ictimai və siyasi fəaliyyəti barədə ətraflı məlumatlar verildi. Daha sonra tədbir mərkəzin konfrans zalında davam etdirildi.

    Tədbirdə iştirak edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova qeyd etdi ki, ulu öndərin adı ilə bağlı tarixi günlərin yüksək səviyyədə keçirilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən rayon üzrə ənənəvi olaraq silsilə tədbirlər keçirilir və böyüməkdə olan nəslin Heydər Əliyev irsinin öyrənilməsində önəmli rolu olan bilik yarışı da həmin tədbirlərin tərkib hissəsidir. Çıxışda söylənildi ki, müasir Azərbaycan tarixinin bütöv bir epoxası, taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və xalqımızı zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, azərbaycançılıq ideologiyasının inkişafını prioritet vəzifə kimi qarşıya qoyaraq Kommunust Partiyasının sərt rejimi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa nail olmuş, dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər addım atılaraq 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir.

    Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov 1969-cu ildən başlayaraq ulu öndərin gənclər siyasəti sahəsində həyata keçirdiyi islahatlardan, gənclərin kütləvi surətdə savadlanması istiqamətində həyata keçirdiyi irimiqyaslı işlərdən danışdı. Qeyd olundu ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün ulu öndərin kursunun davamçısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

    Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi. Suallar Azərbaycanın son 50 ilini əhatə edən Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı tərtib edilmişdi. Üç mərhlədə keçən yarışın ümumi yekun nəticəsinə əsasən I yerə Hüseynova Gülşən, II yerə Alışanlı Nərmin və Paşazadə Fərid, III Əsgərova Fidan və Feyzili Şəbnəm layiq görüldülər. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə təltif edildilər.


    “Ümummilli Liderimiz” bilik yarışı - FOTO
    “Ümummilli Liderimiz” bilik yarışı - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər