Camış 8 yaşlı uşağa ağır xəsarət yetirib

Camış 8 yaşlı uşağa ağır xəsarət yetirib
  • Olay

  • Yevlax rayonunda camış azyaşlı uşağın üstündən keçərək qarın nahiyəsinə ağır xəsarət yetirib.

    “Report”un Qarabağ mərkəzinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Malbinəsi kəndində qeydə alınıb.

    Yaralı, 2011-ci il təvəllüdlü Kənan Əlili ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılb və dərhal əməliyyat olunub.

    Qarın nahiyəsində dərin kəsikləri olan uşağın kəskin qanaxmasının qarşısı alınıb. Həkimlər 8 yaşlı uşağın vəziyyətini kafi olaraq qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər