Deputat oğlu saatda 200 km sürətlə qəzaya düşdü - ər-arvadı öldürdü

Deputat oğlu saatda 200 km sürətlə qəzaya düşdü - ər-arvadı öldürdü
  • Dünya

  • Rusiyanın Çelyabinsk vilayətində Kunaşaksk rayonundan seçilən deputat İlfat İmanqulovun oğlu iki nəfəri avtomobili ilə vuraraq öldürüb.

    Asiya.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

    Deputatın oğlu Ruslan İmanqulov avtomobili yüksək sürətlə - saatda 200 km sürətlə idarə edirmiş. Anidən qarşısına çıxan iti vurmamaq üçün maşını döndərib və idarəetməni itirərək piyada keçidindəki qadınla kişini vurub. Hər iki şəxs hadisə yerindəcə ölüb.

    Ölənlərin ər-arvad olduğu bildirilir. O, rayon rəhbərinin keçmiş sürücüsü olub. Aprel ayında işdən çıxıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər