Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu

Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu
  • Olay

  • Bakı-Naxçıvan təyyarəsi havaya qalxarkən problem yaranıb.

    BAKU.WS-in əldə etdiyi məlumata görə, 267 nömrəli reyslə uçan təyyarə havaya qalxarkən quş sürüsü ilə toqquşub.

    Hadisə nəticəsində təyyarə təcili eniş etməyə məcbur olub.

    Sayt məsələ ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə əlaqə saxlayıb.

    Qurumun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən "Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

    "Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib", - deyə Paşa Kəsəmənski bildirib.

    Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur
    PAYLAŞ:

    Oxşar xəbərlər