Almaniyada polis komissarı olan azərbaycanlı qız (FOTO)

Almaniyada polis komissarı olan azərbaycanlı qız (FOTO)
  • Cəmiyyət

  • Zaman-zaman Almaniya və Azərbaycan mediasının gündəmində olan Lana Atakişiyeva bir daha diqqətləri üzərinə çəkməyi bacarıb.

    Asiya.az baku.ws xəbər verir ki, Berlində polis komissarı işləyən azərbaycanlı qız bu dəfə polis geyimində poz verib.

    O, fotonu paylaşarkən peşəsini sevdiyini vurğulayıb: "Mənə sevdiyim işi görmək imkanı verdiyi üçün Allaha minnətdaram".

    Qeyd edək ki, Lana 15 il əvəvl, 15 yaşında ailəsi ilə birlikdə Almaniyaya köçüb. 30 yaşlı Lana Berlinin Noyköln rayonunda polis komissarıdır.

    O, bundan əlavə fitneslə məşğul olur və pianoda ifa edir. O, alman, rus, türk, ingilis və fransız dillərində danışa bilir.

    Lana ilin əvvəlində Almaniyanın "ən çılğın polisi” qeyri-rəsmi tituluna namizəd olub.


    Almaniyada polis komissarı olan azərbaycanlı qız (FOTO)
    Almaniyada polis komissarı olan azərbaycanlı qız (FOTO)
    Almaniyada polis komissarı olan azərbaycanlı qız (FOTO)
    Almaniyada polis komissarı olan azərbaycanlı qız (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər