Ronaldunun meydana çıxdığı matçda stadion Azərbaycan bayrağına büründü - FOTO

Ronaldunun meydana çıxdığı matçda stadion Azərbaycan bayrağına büründü - FOTO
  • İdman

  • Ötən gün Beynəlxalq Çempionlar Kubokunda növbəti oyunlar keçirilib.

    Asiya.az xəbər verir ki, Sinqapurda Kriştianu Ronaldunun da şərəfini qoruduğu dünya nəhəngi "Yuventus" ilə İngilltərə təmsilçisi "Tottenhem" arasında baş tutuan matç gərginliyi ilə yadda qalıb.

    Son dəqiqələrdə Hari Keynin meydanın mərkəzindən vurduğu fantastik qol sayəsində "Tottenhem" meydandan qalib ayrılıb (3:2).

    Lakin azərbaycanlı futbol həvəskarları üçün bu matç xüsusi ilə yadda qalan olub. Belə ki, oyunun başlamasına dəqiqələr qalmış Sinqapur Milli Stadionu Azərbaycan bayrağının rənglərinə bürünüb.

    Qeyd edək ki, 13 komandanın iştirak etdiyi Beynəlxalq Çempionlar Kubokunda turnir cədvəlinə 6 xalla "Arsenal" başçılıq edir.


    Ronaldunun meydana çıxdığı matçda stadion Azərbaycan bayrağına büründü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər