31 yaşında karyerasını başa vurdu - Ağır zədəyə görə

31 yaşında karyerasını başa vurdu - Ağır zədəyə görə
  • İdman

  • Futbol üzrə İngiltərə yığmasının sabiq müdafiəçisi Mika Riçard futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

    Asiya.az matc.az-a istinadən xəbər verir ki, o, bu barədə Britaniya mətbuatına açıqlamasında bildirib.

    İngilis futbolçunun bu qərarına 2016-cı ildə aldığı ağır zədə səbəb olub. Həmin dövrdən bəri özünə gələ bilməyən Riçards, karyerasını 31 yaşında başa vurmaq məcburiyyətində qalıb.

    "Mançester Siti"nin yetirməsi olan, peşəkar karyerasına 2015-ci ildə məhz bu komandada başlayan Mika, düz 10 il doğma klubunun uğurları üçün çalışıb. Qısa müddətə İtaliyanın "Fiorentina" klubunda icarədə oynamış müdafiəçi, 2015-ci ildə "Aston Villa"ya keçir. Lakin 2016-cı ildə bu komandanın "Vulverhempton"la 1:1 heç-heçəyə razılaşdığı qarşılaşmada dizindən ağır zədə alan Riçards, bir daha yaşıl meydanlara qayıda bilmir.
    PAYLAŞ:

    Oxşar xəbərlər