İran gəmisi Xəzərin Azərbaycana aid hissəsində batdı

İran gəmisi Xəzərin Azərbaycana aid hissəsində batdı
  • Olay

  • İrana məxsus yük gəmisi Xəzər dənizinin Azərbaycana aid ərazisində – Lənkəran limanının yaxınlığında batıb.

    Asiya.az xəbər verir ki, Şebagehg adlı gəminin içinə su dolmağa başlayanda heyət SOS siqnalı verib, Azərbaycandan yardım istəyib.

    Azərbaycan Dövlət Dəniz Agentliyinə siqnal çatan kimi lazımi addımlar atılıb. Agentlikdən verilən məlumata görə, hadisə haqda dərhal Fövqəladə Hallar Nazirliyinə xəbər çatdırılıb. FHN-ə aid iki helikopter gəminin batdığı əraziyə göndərilib.

    Eyni zamanda, Azərbaycanın Dövlət Sərhəd Xidmətindən də yardım göndərilib. Nəticədə gəmidəki 9 nəfərlik heyət xilas edilib. Heyət xilas ediləndən az sonra gəmi tamamilə batıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər