Bu məhsullar üçün aksiz vergisi 80 dəfə azaldıldı

Bu məhsullar üçün aksiz vergisi 80 dəfə azaldıldı
  • İQTİSADİYYAT, Manşet

  • Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

    Qüvvədə olan qərara əsasən, Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınır. Dəyişikliyə əsasən, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

    Bu qərar dərc edildiyi gündən 30 gün sonra- avqustun 28-də qüvvəyə minəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər