Güləşçimiz möhtəşəm geridönüşlə finalda

Güləşçimiz möhtəşəm geridönüşlə finalda
  • İdman

  • Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.

    Asiya.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizə aparırlar.

    Güləşçilərimizdən Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. Avropa Gənclər Olimpiya Festivalının çempionu daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də mübarizədən kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında C.Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. Festivalda tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb
    PAYLAŞ:

    Oxşar xəbərlər