Bəkarətini ərinə saxlayan 85 milyonluq sərvət sahibi - Məşhur model haqqında bilinməyən faktlar

Bəkarətini ərinə saxlayan 85 milyonluq sərvət sahibi - Məşhur model haqqında bilinməyən faktlar
  • Maraqlı

  • Cazibədar model Adriana Lima uzun illərdir ki, dünyanın ən gözəl qadınları siyahısında adını qoruyub saxlamağı bacarır.

    Asiya.az ölkə.az-a istinadən son illərin ən məşhur modeli Adriana haqqında bilinməyən faktları təqdim edir.

    Nelson Toris və Mariya del Qrasa cütlüyünün qızı olan Lima 1981- ci il 12 iyunda dünyaya gəlib. Onun ailəsi qatı dindar idi. Çox kasıb olan ailədə gündən-günə problemlər çoxalır. Buna görə də, model 6 aylıq olanda atası onları tərk edir. Limanı anası təkbaşına böyütməyə məcbur olur.

    Uşaqlıda çox utancaq olan qız heç vaxt şəkil çəkdirməyi sevməzdi. O, rəqs və idmanla maraqlanırdı.

    Adriana 13 yaşı olanda zarafatla fotolarını modellik agentliyinə göndərir. Onun göndərdiyi təklifə tez bir zamanda cavab gəlir. Onlar Limanı çəkilişlərə dəvət edirlər.

    O, 15 yaşında "Supermodel of Brazil", 1 il sonra isə "Supermodel of the world" yarışmasını qazanır. Bundan sonra məşhur model təhsilini buraxaraq, model olmaq üçün Nyu-Yorka köçür. O gündən Lima karyerasının zirvələrinə dırmanmağa başlayır.

    Əvvəlcə, o, bir firmanın simasına çevrilir. Sonra isə onu daha da məşhurlaşdıran, "Vicoriya secrets"in modeli olur.

    İlk dəfə 1999-cu ildə podiuma çıxan model, uzun müddət siması olan məşhur firmadan keçən il "təqaüdə" çıxıb.

    Beləliklə o, moda tarixinə uzun müddət modellik etmiş və ən bahalı model kimi adını yazdırır.

    Mayami şəhərində yaşayan Adriananın sərvəti 85 milyon civarında hesablanır.

    O, sevgi macəraları ilə də hər zaman gündəmdə olub. İllər əvvəl evlənəcəyi günə qədər bəkarətini qoruyacağını açıqlayan model aylarla diqqət mərkəzində olub. Lima həyat yoldaşı Marko Jarik ilə evlənənə qədər verdiyi sözü tutub. Bu izdivacdan 2 qızı olan model, sonradan aldadıldığına görə boşanıb.

    Evlənməmişdən əvvəl Lima Lixtenşteyn şahzadəsi ilə uzun müddət sevgi münasibətləri yaşayıb. Şahzadənin evlilik təklifini rədd edən Adriana uzun müddət medianın gündəmindən düşməmişdi.

    Adriana xeyriyyəçiliklə də məşğuldur. O, boya-başa çatdığı Bahia şəhərində yetimlər evinə külli-miqdarda yardım edib, binanın təmir işlərini də öz boynuna götürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər