Mübariz Mənsimov meydan oxudu:“Xalqdan oğurladıqları xalqa qaytarılacaq”

Mübariz Mənsimov meydan oxudu:“Xalqdan oğurladıqları xalqa qaytarılacaq”
  • Cəmiyyət / Manşet

  • “Palmali” Şirkətlər Qrupunun rəhbəri, tanınmış azərbaycanı milyarder Mübariz Mənsimovla SOCAR rəhbərliyi arasında uzun müddətdən bəri davam edən mübahisə və düşmənçilik artıq pik həddə çatmaqdadır.

    Asiya.az xəbər verir ki, “Palmali” şirkətinə məxsus gəmilərin əlindən alınmasından sonra Mənsimov SOCAR rəhbəri Rövnəq Abdullayevin ünvanına çoxlu sərt ittihamlar səsləndirib.

    Ötən gün azərbaycanlı milyarder daha bir sərt bəyanatla çıxış edib. Mübriz Mənsimov özünün Facebook səhifəsində yazıb ki, avqustun 5-də Məmməd Əmin Rəsulzadə gəmisi rəsmi olaraq səfərə çıxacaq.
    “5 avqustda böyük lider Məmməd Əmin Rəsulzadə gəmimiz rəsmi olaraq ilk səfərinə çıxacaq. Bütün Azərbaycan sevgisi ilə yaşayanları gözləyirik”.

    Bundan sonra “Palmali”nin rəhbəri daha sərt ifadələrə yer verib.
    “Çox itlər hürdü, yalançıların yazdıqları önəmli deyil. Həyatda şərəflə yaşamaq varkən, oğrular və xalqın pullarını oğurlayanlar şərəfdəsiz yolu seçdilər. Bu başlanğıcdır. Bizi Azərbaycanda peyda olmuş saxtakar gəmi sahibləri unutmasınlar. Mən Mübariz Qurbanoğlu onların da gəmilərini əllərindən alacam, xalqdan oğurlanan xalqa qaytarılacaq”.


    Mübariz Mənsimov meydan oxudu:“Xalqdan oğurladıqları xalqa qaytarılacaq”
    Mübariz Mənsimov meydan oxudu:“Xalqdan oğurladıqları xalqa qaytarılacaq”
    PAYLAŞ:

    Oxşar xəbərlər