Dünya nə üçün Gəncəni Kirovabad kimi tanıyır? (RƏSMİ CAVAB)

Dünya nə üçün Gəncəni Kirovabad kimi tanıyır? (RƏSMİ CAVAB)
  • Sosial

  • 1989-cu ildə Gəncənin tarixi adı bərpa edilsə də, indiyədək Beynəlxalq Hava Nəqliyyatı Assosasiyasında Gəncə Kirovabad (1935-ci ildə Gəncənin adı dəyişdirilərək Sergey Kirovun şərəfinə Kirovabad qoyulub) kimi tanınır. Belə ki, hələ də Gəncə Hava Limanının inisialı "KVD”, yəni "Kirovabad” olaraq göstərilir.

    Bununla bağlı Lent.az -a danışan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, bunu dəyişmək çox çətin məsələdir:
    "Bu təkcə bizim problemimiz deyil, başqa ölkələrdə də belə hallar var. Məsələn, Rusiyanın "Aeroflot" hava limanı da "SU”, yəni "Sovet Union” kimi göstərilir. Bu, beynəlxalq problemdir”.

    Paşa Kəsəmənski əlavə edib ki, bununla bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem öz həllini tapmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər