“Qarabağ” Kiprdən qələbə ilə dönür (YENİLƏNDİ)

“Qarabağ” Kiprdən qələbə ilə dönür (YENİLƏNDİ)
  • İdman

  • Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

    Asiya.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” Cənubi Kiprdə APOEL-in qonağı olub. Nikosiyadakı GSP stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Oyun ağdamlıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

    Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsində Albaniya çempionu "Partizani”ni, ardınca İrlandiya çempionatının qalibi "Dundalk"ı mübarizədən kənarlaşdırıb. Mübarizəyə II təsnifat mərhələsindən başlayan Cənubi Kipr çempionu isə Monteneqronun "Sutyeska” klubunu üstələyib.

    APOEL indiyə qədər 2 dəfə avrokuboklarda Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Hər iki halda "Neftçi” ilə üz-üzə gələn nikosiyalılar 1995/96 mövsümündə Kuboklar Kubokunun I təsnifat mərhələsində sevinən tərəf olublar (3:0, 0:0). Əvəzində 2012/13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində APOEL-dən güclü olan (1:1, 3:1) "Neftçi”, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

    Çempionlar Liqası
    III təsnifat mərhələsi
    İlk oyun

    6 avqust
    21.00 APOEL (Cənubi Kipr) - Qarabağ (Azərbaycan) 1:2
    Qollar: Giorgos Merkis, 90+5 Mahir Emreli, 54, Maqaye Qeye, 69

    APOEL: 27. Vid Belets, 6. Savvas Gentoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vuros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç.
    Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lyafrans, 71. Andre Vidiqal, 89. Roman Bezyak, 95. Alef.
    Baş məşqçi: Paolo Trametsani.

    Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
    Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
    Baş məşqçi: Qurban Qurbanov.


    Hakimlər: David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (İtaliya).
    Hakim-inspektor: Vladimir Antonov (Moldova).
    UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə).
    Nikosiya. GSP stadionu.
    PAYLAŞ:

    Oxşar xəbərlər