Nardaranda dənizdə batan 4 uşağın şəxsiyyəti müəyyənləşib

Nardaranda dənizdə batan 4 uşağın şəxsiyyəti müəyyənləşib
  • Manşet / Olay

  • Fövqəladə Hallar Nazirliyi Nardaran qəsəbəsi ərazisində çimərlikdə batmış şəxslərlə bağlı məlumat yayıb.

    Asiya.az xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

    Bildirilir ki, M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir.

    Əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər