Cavad Zərif Fars körfəzini barıt çəlləyinə bənzədib

Cavad Zərif Fars körfəzini barıt çəlləyinə bənzədib
  • Dünya

  • ABŞ silah ticarəti sayəsində Fars körfəzini barıt çəlləyinə çevirib.

    Asiya.az “RT”-yə istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

    Onun sözlərinə görə, bir il ərzində rəsmi Vaşinqton region ölkələrinə 50 mlrd dollarlıq silah-sursat satıb. Zərif onu da əlavə edib ki, BƏƏ bu ticarətə 22 mlrd, Səudiyyə Ərəbistanı isə 87 mlrd dollar vəsait sərf edib.

    “Əgər regiondakı təhlükə barədə danışırsınızsa, o zaman bilin ki, təhlükə bölgəni silahla dolduraraq onu partlamağa hər an hazır edən ABŞ-dan və onun müttəfiqlərindən gələ bilər”, – deyə Zərif vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər