Dünyanın ən çox gəlir əldə edən neft şirkəti müyyənləşdi

Dünyanın ən çox gəlir əldə edən neft şirkəti müyyənləşdi
  • Dünya / İqtisadiyyat

  • Dünyanın ən çox gəlir əldə edən neft şirkəti müyyənləşib.

    Asiya.az xəbər verir ki, bu Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətidir. Şirkətin 2019-cu ilin birinci yarısında xalis gəliri 46,9 milyard dollara qədər azalsa da, “Saudi Aramco” ən gəlirli neft şirkəti olub.

    Səudiyyə şirkəti ilin ilk yarısında 163,88 milyard dollar gəlir əldə edib. 2018-ci ilin müvafiq dövründə isə bu məbləğ 167,68 milyard dollar olub. Bu 12 faiz azalma deməkdir.

    Şirkətin 2019-cu 6 altı ayında neft hasilatı sutkada 10 milyon barel təşkil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər