“Optimal Elektroniks”in satdığı mal zay çıxdı –40 MANAT CƏRİMƏ İSTƏYİRLƏR

“Optimal Elektroniks”in satdığı mal zay çıxdı –40 MANAT CƏRİMƏ İSTƏYİRLƏR
  • Araşdırma / Manşet

  • “İyunun 26-da “Optimal Elektroniks”dən blender aldım. Zavod istehsalı olsa da, deffekti olduğu üçün geri qaytardım. Mənə dedilər ki, servisə göndərib, düzəltdirəcəklər. Və 3 gün ərzində mənə xəbər verəcəklər”.

    Asiya.az xəbər verir ki, bunu “Optimal Elektroniks”dən şikayətçi olan Kamran Abbaslı deyib.

    Şikayətçi bildirir ki, aldığı blenderin rezinini dəyişildikdən sonra da düz əməlli işləməyib. “14 gün ərzində satdıqları malın rezinini dəyişirlərsə, deməli məhsul zaydır. Amma boyunlarına almırlar”.

    İşin ən maraqlı tərəfi odur ki, “Optimal Elektroniks” müştərinin haqlı olaraq malı geri qaytarmaq tələbinə məhəl qoymurlar. Bu azmış kimi, 40 manat cərimə ödəməsini istəyirlər. “Mənə deyirlər ki, 40 manat cərimə ödə malı geri qaytaraq. Bunlar insanları ələ salırlar, aldadırlar”.
    PAYLAŞ:

    Oxşar xəbərlər