Dövlət kredit proqramının qeyri-şəffaf olması onunla izah olunur ki, birincisi, bu kreditlərin əksəriyyəti sırf kommersiya deyil siyasi xarakter daşıyır, ikincisi, bir çox kreditlər hərbi-texniki əməkdaşlıq çərçivəsində verilir ki, bu da məxfi hesab olunur.
Məsələn, Moskva Ermənistan, Venesuela, Hindistan, İndoneziyaya Rusiyadan silahlar almaq üçün kredit verib.
Ölkənin Maliyyə Nazirliyinin, 1 may 2019-cu il tarixinə açıqladğı məlumata əsasən Rusiyaya xarici dövlətlərin 39.4 milyard dollar məbləğində borcu var. Bunun da 15.8 milyard dolları MDB ölkələrinin payına düşür.
Rusiyaya ən çox borcu olan Belarusdur – 1 iyun 2019-cu il tarixinə 7.55 milyard dollar. İkinci yerdə Ukrayna 3,7 milyard dollarla, üçüncü yedə bir milyard dollardan az məbləğlə Ermənistan, Gürcüstan və Moldova qərarlaşıb.