Ucarda idarədə işləyən 500 nəfər “yoxa” çıxıb? – ŞİKAYƏT

Ucarda idarədə işləyən 500 nəfər “yoxa” çıxıb? – ŞİKAYƏT
  • Araşdırma / İqtisadiyyat / Manşet

  • Kənan Əliyev: “Kommunal Müəssisələri Kombinatında işə qəbul edilmiş 500 nəfər özləri xaricdə olsa da, maaş kartları müdirin cibindədir”

    “Ucar rayonunda rəhbər vəzifəli şəxslər korrupsiya şəbəkəsi yaradıb "DOST" İş Mərkəzi MMC-nin xətti ilə adları məlum olmayan şəxslərin adlarını idarə və müəssisələrə işə yazdırıb maaş kartlarını ciblərinə qoyub dövlətin vəsaitini talan edirlər. Nəticədə də biz işsiz qalmışıq aclığa, yoxsulluğa məhkum olunmuşuq”.

    Asiya.az xəbər verir ki, bu sözlər bir qrup Ucar rayon sakini adından Kənan Əliyev Jamaz.info-ya göndərdiyi şikayət məktubundandır.

    Kənan Əliyev yazır ki, prezidentin iş yerlərinin açılması ilə bağlı sərəncamlarından Ucar vəzifəli şəxsləri bundan sui-istifadə edirlər. “Onlar saxtakarlıqlar edib, talançılıqla məşul olub vətəndaşlarda kütləvi narazılıqlar yaradırlar. Nəticədə, "DOST" İş Mərkəzi MMC-ni kasıb işsiz insanlara düşmən ediblər”.

    Onun sözlərinə görə, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına bu il 540 nəfər, digər idarə və müəssisələrəisə 300 nəfər işə qəbul olunub. “Onlardan yalnız 30-40 nəfər havadarı olmayan zəhmətkeş işçi gündəlik Kommunal Müəssisələri Kombinatına işə gəlsə də, qalan 500 nəfəri işə gəlməyib hər ay aldıqları əmək haqqının 100 manatını vəzifəli şəxslərə haqq verirlər. Hətta həmin işçilərin əksəriyyəti bir neçə aydır Azərbaycandan kənarda, Rusiya və digər xarici ölkələrdə yaşasalar da onlara hər ay əmək haqqı yazılır və həmin əmək haqqının yarısı rəhbərliyə verilir”.

    O qeyd edir ki, bunu müəyyən etmək elə də çətin iş deyil. Belə ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin olunmuş şəxslərin adları olan siyahı Dövlət Sərhəd Xidməti vasitəsi ilə yoxlanılır. “Həmin yoxlamadan sonra dediklərimiz təsdiqini tapacaq”.

    Kənan Əliyev iddia edir ki, bu işlərdən hətta “DOST” İş Mərkəzi MMC-nin direktoru Niyazi Rəhimovun da xəbəri var. “Lakin əldə olunan vəsaitin müəyyən hissəsi ona ötürülür deyə, bu barədə heç bir tədbir görmək istəmir”.

    Ucar sakini vurğulayır ki, bu məsələdə rayon Məşğulluq Mərkəzinin böyük rolu var. “Hansı ki, uzun müddət adı iş axtaran kimi Ucar rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan şəxslər işlə təmin olunmadı. Ancaq adı iş axtaran kimi qeydiyyata alınmayan şəxslər isə bir zənglə dərhal işlə təmin olundular. Hətta “DOST” MMC-nin xətti ilə “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına bir imkanlı ailənin 4 üzvü işə qəbul olunub ki, həmin ailənin üzvüləri bir gündə olsun işə gəlməyiblər ancaq maaş alırlar”.

    Rayon sakinləri Prezident İlham Əliyevə müraciət edərək xahiş edirlər ki, Ucarda baş verən korrupsiya hallarının araşdırılması üçün zəruri tədbirlər görsün. "Xahiş edirik ki, korrupsiya faktlarının obyektiv yoxlanılıb, korrupsiya cinayəti törədən vəzifəli şəxslərin barəsində qanunu və ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.

    Yazıda adı keçən şəxslərin və qurumarın da mövqeyini dərc etməyə hazırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər