Gəlinlə mübahisə edən qayınana öldü

Gəlinlə mübahisə edən qayınana öldü
  • Olay

  • Bakıda ailə-məişət zəminində baş verən mübahisə ölümlə nəticələnib.

    Asiya.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəlllüdlü Hüseynova Nəzakət Əlihüseyn qızı yaşadığı evdə gəlini ilə mübahisə edib. Mübahisə zamanı qayınana qəfildən yıxılaraq ölüb. Onun ürək tutmasından öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər