Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu

Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
  • Sosial

  • Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 27-dən sentyabrın 2-dək internet vasitəsilə ixtisas seçimi elan edib.

    Asiya.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, orta ixtisas təhsil müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır.

    Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azər­baycan Respublikasının ümumi təhsil müəs­sisə­lə­rində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili), riya­ziy­yat və xarici dil fən­lərin­dən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

    Qeyd edək ki, orta ixtisas təhsili müəs­sisə­lərinə qəbul olub (I mərhələdə) qeydiyyatdan keçməyən abituriyentlər, həmçinin müsabiqə şərtlərini ödəyən, lakin iyulun 24-dən avqustun 5-dək aparılan ixtisas seçimində iştirak etməyənlər də boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.

    Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.
    PAYLAŞ:

    Oxşar xəbərlər