Kamran üçün özəl gün

Kamran üçün özəl gün
  • Sosial

  • Dostum, Kamran 28 yaşın mübarək!!!

    İnsan birdəfə dünyaya gəlir. O şansı isə bizələrə bəxş edən Uca Yaradandır. Ona görə də insanın dünyaya gəlişi əvəzolunmaz və təkrarlanmaz hadisədir. Onun üçün də Uca Tanrı bizlərə tək bircə dəfə yaşama şansı verir. Necə yaşamağımıza gəlincə o seçimi özümüz edirik.

    İnsanın dünyaya gəlişi onun həyatında ən dəyərli və qiymətli hədiyyədir.Allahın hədiyyəsi. Çünki o günü insan Uca Tanrının hökmü ilə bu dünyaya göz açır. İnsan həyatında bundan gözəl, bundan əvəzsiz nə isə ola bilərmi?! Əlbəttə, ola bilməz. Bunun üçün də hər birimiz dünyaya gəlidiyimiz günü həyatımızda əlamətdar bir gün – DOĞUM GÜNÜ kimi qeyd edirik. Həmin gün ata, ana, bacı, qardaş, əmi, dayı, dost, tanışlar bir sözlə, səni istəyən hər kəs bu əlamətdar GÜN münasibəti ilə səni təbrik edir, ən xoş ürək sözlərini ünvanına yağdırırlar. Həmin gün özünü sanki dünyaya yeni gəlmiş bir körpə kimi zənn edirsən.

    Gözəl və əlamətdar günlərdən biri də bü gündür, əziz DOSTUM! Bu gün sənin Uca Tanrının hökmü ilə dünyaya göz açdığın gündür. Söz yox ki, sənin dünyaya gəlişəinə ən ilk sevinənlər məhz atan, anadır. Ona görə ki, Uca Yaradan sənin dünyaya gəlişini məhz elə o iki varlıq, atan-anan vasitəsilə əmr etmiş və buyurmuşdur. Elə bu günləri də səni ilk təbrik edən onlardır, Allahdan sonra ikinci ən böyük varlıqlar!!!

    Əziz dostum! Mən bu şansı qaçırtmaq istəmirəm. Ancaq məni bağışla, ona görə ki, mən səndən əvvəl ata, ananı təbrik edəcəm, daha sonar isə səni!!! Çünki ilk təbrik səni dünyaya gətirən ikinci ən böyük varlıq olan ATA və ANAya düşür! İzninlə. Bu xoş və əlamətdar gün münasibəti ilə ata – ananı təbrik edir, onların qarşısında baş əyirəm!!! Ona görə ilk olaraq onları təbrik edirəm ki, sənin dünyaya gəlişinə sevinən və ilk təbrik alan onlardır. Hər halda ilk olaraq onları niyə təbrik elədiyimi anladın. DOĞUM GÜNÜN kutlu olsun, əziz DOST!!!

    Bəhram Axundov


    Kamran üçün özəl gün
    Kamran üçün özəl gün
    PAYLAŞ:

    Oxşar xəbərlər