Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR

Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
  • Sosial

  • Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Qazaxyolçular kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirdib.

    RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyevin Asiya.az-a verdiyi xəbərə görə, avqustun 28-də Qazaxyolçular kənd tam orta məktəbinin həyətində, açıq havada keçirilən vətəndaşların səyyar qəbulunda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində son illər ölkəmizdə, o cümlədən Daşkəsəndə görülən işlər barədə ətraflı məlumat verib. Rayon rəhbəri həmçinin turizm imkanları böyük olan Qazaxyolçular kəndi ərazisində aparılan abadlıq-quruculuq, təmir-tikinti işlərindən, kəndin qazlaşdırılmasından, elektrik təchizatının əsaslı surətdə yeniləşdirilməsindən söhbət açıb.

    Əhəd Abıyev xüsusilə diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2 aprel 2012-ci il tarixli Sərəncamı ilə 3 min nəfərdən çox əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu avtomobil yolunun tikintisinin yüksək səviyyədə aparılaraq başa çatdırılması nəticəsində Qazaxyolçular kəndinin də bu sahədə olan problemi tam öz həllini tapmış, insanların gediş-gəlişi asanlaşmış, ərazidə yeni iş yerlərinin yaranmasına, kənd camaatının daha yaxşı yaşamasına, turizmin inkişafına və təsərrüfatların genişləndirməsinə münbit şərait yaranmışdır.

    Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri müraciətlərində kənddaxili yolların təmirinə, elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz olunmasına, uşaq bağçasının təmirinə və digər şəxsi problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

    Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin qaldırdığı təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində müsbət həllini tapıb.

    Kənd sakinləri respublikamızda və eləcə rayonda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə, o cümlədən vətəndaşların müraciətlərinə göstərilən həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər


    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    Əhəd Abıyev növbəti qəbulunu keçirib- FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər