“Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi

“Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi
  • Manşet / Hadisə

  • Ukraynada azərbaycanlı “qanuni oğru” “Quli” ləqəbilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.

    Asiya.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin məlumat yayıb.

    “Quli”nin tərəfdarları onun doğum gününü qeyd etmək üçün Ukraynanın Xmelniski şəhərində istirahət mərkəzlərinin birində toplaşıblar. Ukrayna polisi bundan xəbər tutan kimi əməliyyat keçirib və “Quli”nin tərəfdarları saxlanılıb.

    "Dünən dünyanın müxtəlif ölkələrində “oğru dünyası” son zamanlarda fərqli ölkələrə - Türkiyə, Azərbaycan, BƏƏ-yə getməyə məcbur olan “Quli” ləqəbli “qanuni oğru”nun ad günü qeyd etmək üçün toplaşıb. Bizim ölkəmizdə onlar Xmelniski əyalətindəki istirahət mərkəzinə toplaşmışdılar, ancaq işləri düz gətirmədi...”, - deyə rəis müavini bildirib.

    Abroskin daha sonra qeyd edib ki, polislərin bu cür toplantılara müadixələsi ağır cinayətlərin qarşısnı almaq məqsədi daşıyır. Onun sözlərinə görə, belə bir “dostluq görüşü” Gürcüstanda keçirilsəydi, onun iştirakçiları həbsə göndərilərdi.

    Qeyd edək ki, dünən "Lotu Quli"nin 47 yaşı tamam olub.

    Yenisabah.az


    “Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi
    “Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi
    “Lotu Quli”yə ad günü şoku – Polis məclisə hücum etdi
    PAYLAŞ:

    Oxşar xəbərlər