Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
  • Sosial

  • Avqustun 29-da Daşkəsən Rayon İcra Hakimiyyətində respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunaraq tələbə adını qazanan rayon gəncləri ilə görüş keçirilib.

    Asiya.az görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Təhsil Şöbəsinin əməkdaşları, məzunlar, müəllimlər, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbiri giriş nitqi ilə açaraq deyib:

    - Mən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunlarımızı, onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm.

    Qarşıdan yeni dərs ili gəlir. Fürsətdən istifadə edib bütün təhsil işçilərini yeni dərs ili münasibətilə də təbrik edirəm və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müstəqil müasir Azərbaycanımızda sizlərə möhkəm cansağlığı, sülh, rifah, yeni-yeni uğurlar arzulayıram.

    Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ümummilli lider Heydər Əliyev tərəfindən aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. Ulu Öndər müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşıb. Azərbaycanda ali təhsil də Heydər Əliyevin rəhbərliyi dövründə inkişafa qədəm qoyub.

    Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır. Həmin siyasət bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yüksək səviyyədə davam etdirilir.

    Respublikamızın birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə ölkəmizin təhsil sahəsinə böyük diqqət və qayğı göstərir. Belə ki, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə respublikamızın təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri uğurla həyata keçirilir. Qeyd olunmalıdır ki, bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Bunun nəticəsi olaraq Azərbaycanın müxtəlif regionlarında yüzlərlə təhsil müəssisəsi inşa olunub və ya yenidən qurulub.

    Ölkə başçısının təhsilə olan diqqət və qayğısı respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da həyata keçirilir. Təkcə son 8 ildə Quşçu, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən 6 ümumtəhsil məktəbin tikilib istifadəyə verilməsi, 7 modul tipli məktəbin quraşdırılması, bir çox təhsil müəssisəsinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur.

    Rayonumuzda tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin əməkhaqlarının artırılması, ixtisaslı müəllimlərin təyinatla rayonumuza gəlməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi daha geniş miqyas almışdır.

    Bunun da nəticəsində ali və orta ixtisas təhsil müəssislərinə qəbul olunan məzunlarımızın sayı ildən ilə artır.

    Rayonumuzda təhsilin inkişafı üçün atılan bütün addımlar ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə, sabahına ali diqqət və qayğısının göstəricisidir.

    Daşkəsən rayonunda təhsilin inkişafına hər zaman göstərdikləri diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

    Bu il məzunlarımızdan 88 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. İlkin məlumata görə, onlardan 81 nəfəri ölkənin müxtəlif nüfuzlu ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Bu göstərici ötən illərlə müqayisədə çox yüksəkdir, ürəkaçandır.

    Buna görə də bütün müəllimlərimiz adından Daşkəsən rayon təhsil müəssisələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Təhsil Naziri hörmətli Ceyhun Bayramova da dərin təşəkkürümüzü bildiririk.

    Qarşımızda mühüm vəzifələr durur. Ölkəmizin gənclər siyasətinin əsasını gələcəyin qurucuları olan yeni düşüncəli nəslin formalaşdırılması, milli ruhlu, vətənpərvər gənclərin hazırlanması təşkil edir.

    Ümummilli liderimiz Heydər Əliyev dövlət gənclər siyasətinin əsas məqsədini dövlətə və xalqa layiqli vətəndaş olmaqda görür və gənclərə müraciətində deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır!”

    Bütün bu qeyd olunanları nəzərə alaraq, siz, əziz gənclərimiz, vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin əsl sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız. Əminik ki, siz tələbə adını qazanmış gənclərimiz yüksək səviyyəli peşəkar mütəxəssislər kimi yetişərək ölkəmizin və rayonumuzun sosial-iqtisadi, mədəni həyatının yenidən qurulmasına öz layiqli töhfələrinizi verəcəksiniz.

    Mən tələbə adını qazanmış hər bir gəncimizə ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbindən öyrənməyi, azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə bağlı, yeni fikirli, müasir gənclər kimi müstəqil Azərbaycan naminə fəaliyyət göstərməyi arzulayıram.

    Bir daha ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunlarımızı, onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm.

    Sonra çıxış edən Daşkəsən Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səbinə Məmmədova, tələbə adını qazanmış məzunlardan Röyal Hüseynov və Nigar Abbasova və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və respublikamızın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

    Sonda xatirə şəkli çəkilib.

    Elmar ƏLİYEV RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ali məktəbə qəbul olmuş məzunlarla görüş keçirib
    PAYLAŞ:

    Oxşar xəbərlər