Deputatların tətil müddəti başa çatıb

Deputatların tətil müddəti başa çatıb
  • Siyasət

  • Milli Məclisin deputatlarının tətil müddəti başa çatıb.

    APA-nın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb.

    Qanunvericiliyə əsasən, sentyabrın 15-dən etibarən parlamentin komitələri fəaliyyətə başlayacaq. Parlamentin ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək.

    Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər