Nərimanov RİH başçısı sakinlərlə növbəti səyyar qəbul keçirdi

Nərimanov RİH başçısı sakinlərlə növbəti səyyar qəbul keçirdi
  • Sosial

  • Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

    Asiya.az xəbər verir ki, rayon sakilərinin və rayonun bələdiyyə, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır.

    Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.
    Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını qeyd etmişdir.


    Nərimanov RİH başçısı sakinlərlə növbəti səyyar qəbul keçirdi
    Nərimanov RİH başçısı sakinlərlə növbəti səyyar qəbul keçirdi
    Nərimanov RİH başçısı sakinlərlə növbəti səyyar qəbul keçirdi
    PAYLAŞ:

    Oxşar xəbərlər