Səhiyyə Nazirliyindən verilən məlumata görə, 25 şəhər və rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.
Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-i başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.
Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:
- Binəqədi rayonu, "İmam Əli məscidi",
- Xəzər rayonu, 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı",
- Nəsimi rayonu, "Əjdər bəy məscidi" (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
- Nizami rayonu, "Şah Abbas məscidi",
- Sabunçu rayonu, "Rəhimə xanım ziyarətgahı",
- Səbail rayonu, "Bibiheybət məscid ziyarətgahı" və "İçərişəhər Cümə məscidi",
- Suraxanı rayonu, "Qaraçuxur məscidi",
- Yasamal rayonu, "Təzə pir məscidi", "Hacı Soltanəli məscidi" və "Hacı Cavad" məscidi,
- Gəncə şəhəri, "İmamzadə kompleksi",
- Lənkəran şəhəri, Böyük bazar "Cümə məscidi",
- Mingəçevir şəhəri, "Heydər məscidi",
- Sumqayıt şəhəri, "Cümə məscidi",
- Şəki şəhəri, "İmam Əli məscidi",
- Mərkəzi Qan bankının Şirvan bölməsi,
- Ağcabədi Mərkəzi rayon Rəstəxanası,
- Beyləqan Mərkəzi rayon Xəstəxanası,
- Bərdə rayonu, "Bərdə İmamzadəsi",
- Biləsuvar rayonu, "Cümə məscidi" (mərasim zalı),
- Cəlilabad Mərkəzi rayon Xəstəxanası,
- Xaçmaz şəhər məscidi,
- Ağsu rayon mərkəzi xəstəxanası,
- Qan bankının Quba bölgəsi,
- Masallı şəhər Cümə məscidi,
- Salyan – Hacı Tağı Məscidi.