Şəmkirdə Türkiyədən gələn avtobus yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var

Şəmkirdə Türkiyədən gələn avtobus yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var
  • Olay

  • Şəmkir rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olum.

    Asiya.az "report”a istinadən xəbər verir ki, qəzaya düşən "Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub.

    Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb "Şaqman” markalı yük maşınının avtobusa çırpılması olub.

    Qəzada yaralanan qadın "Report”a açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib:

    "Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər.

    Mən qəzada ciddi xəsarət almamışdım, sadəcə düşmək istəyəndə sərnişinlər itələdilər yıxıldım. Üzərimdən keçdikləri üçün xəsarət aldım. Məncə yük maşını bizi vurub. Günah onda olub".

    Səhiyyə Nazirliyi Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

    Nazirlikdən verilən məlumata görə, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.

    "Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.

    Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır vəziyyəti kritikdir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər