Bu gün Aşuradır

Bu gün Aşuradır
  • Cəmiyyət / Manşet

  • Aşura – hicri təqvimin ilk ayı olan məhərrəm ayının 10-cu günüdür.

    Aşura ərəb dilindən tərcüməsi «onuncu gün» deməkdir. Hicri təqvimlə 61-ci ilin onuncu günü (miladi təqvimlə 680-ci ilin oktyabrı) Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi Imam Hüseyn (ə) öz yaxın qohumları və səhabələri ilə Kərbəla səhrasında faciəli surətdə şəhadətə yetirilmiş, qadın və uşaqlar əsir edilmişlər.

    Aşura gecəsi və gününün bəzi əməlləri qeyd olunmuşdur. Aşuraya keçən gecə oyaq qalıb ehya saxlamaq tövsiyə edilib.

    Aşura gecəsinin bəzi əməlləri:

    1. Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində "Fatihə" surəsindən sonra 50 dəfə "İxlas" surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la quvvatə illa billahil aliyyul-azim" zikri deyilir.

    2. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.

    3. Dua, ibadət və istiğfar etmək.

    Aşura gününün əməlləri:

    1. İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: "Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər".

    2. İmam Hüseyni(ə) ziyarət etmək.

    3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.

    4. İmam Hüseyn(ə) zəvvarlarına su vermək.

    5. 1000 dəfə "İxlas" surəsini oxumaq.

    6. "Aşura" ziyarətini oxumaq.

    7. 1000 dəfə "Allahumməl`ən qətələtəl-Huseyn" zikrini demək.
    PAYLAŞ:

    Oxşar xəbərlər