Taliblər 11 sentyabrı ABŞ səfirliyinə raket atəşi ilə “qeyd” ediblər

Taliblər 11 sentyabrı ABŞ səfirliyinə raket atəşi ilə “qeyd” ediblər
  • Dünya

  • ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında güclü partlayış baş verib.

    "The Washington Post" xəbər verir ki, partlayışdan sonra yaxınlıqdakı rayonlarda siqnalizasiya səsi eşidilib.

    ABŞ səfirliyinin əməkdaşlarının məlumatına görə, ərazidə raket partlayışı olub. Şahidlər Kabilin mərkəzi üzərində tüstü müşahidə ediblər.

    Hadisədə “Taliban” hərəkatını şübhəli bilirlər.

    Partlayış 11 sentyabr teraktının 18-ci ildönümünə təsadüf edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər