Asiya.az xəbər verir ki, D.Peskov bu məsələ barədə: “Hələ ki, bilmirik”, -deyə qeyri-müəyyən münasibət bildirib. Kremlin sözçüsü məlumatı nə təsdiq, nə də təkzib edib. Bu da erməni siyasətçiləri arasında yeni müzakirələrə səbəb olub.
Xatırladaq ki, Avrasiya Ali Şurasının iclası oktyabrın 1-də Yerevanda keçiriləcək. Erməni mətbuatı yazır ki, bu tədbirdə iştirak edəcək Rusiya Prezidenti səfər zamanı Robert Koçaryanla da görüşə bilər. Həbsdə olan sabiq dövlət başçısının azadlığa buraxılması ilə bağlı son məhkəmə qərarı isə sentyabrın 17-də elan ediləcək.