Mahirin evini qarət edənlər danışdı - VİDEO

Mahirin evini qarət edənlər danışdı - VİDEO
  • İdman / Hadisə / Asiya TV

  • Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin və ''Qarabağ''ın futbolçusu Mahir Emrelinin evini qarət edən şəxslər saxlanılıb.

    Asiya.az xəbər verir ki, aralarında qadın da olan həmin şəxslər evə necə girmələri barədə "Xəzərxəbər"-ə danışıblar.

    Qeyd edək ki, həmin şəxslər onun evindən 17 min manat, 20 min dollar, 3 ədəd mobil telefon və 5 min manat qızıl əşyaları oğurlayıblar.

    Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax sakinləri, əvəllər məhkum edilmiş Nicat Vəliyev, Anar Mahmudov və bu qrupun üzvü Mənzurə Məmmədova saxlanılıblar.


    PAYLAŞ:

    Oxşar xəbərlər