Cahangir Novruzova fəxri adı təqdim olundu

Cahangir Novruzova fəxri adı təqdim olundu
  • SƏNƏT

  • Bu gün Mədəniyyət naziri Əbülfəs Qarayev "Xalq artisti” fəxri adını Cahangir Novruzova təqdim edib.

    Asiya.az-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

    Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, "Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

    Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafına və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər