Salyanda 21 yaşlı qız polis rəisini bıçaqladı

Salyanda 21 yaşlı qız polis rəisini bıçaqladı
  • Manşet / Olay

  • Gənc qız polis əməkdaşının qanını axıdıb...

    Hadisə bir neçə gün əvvəl Salyan rayonunda baş verib.

    Rayon sakini 21 yaşlı Aytən Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi, polis kapitanı Həmzə Əzizovu qayçı ilə yaralayıb. İddialara görə, onlar arasında gizli münasibət olub. Lakin H.Əzizov qızla evlənməyib və ailəsi S.Hacızadəni öz qohuna ərə verib.

    Bir müddət sonra Aytən ailəsindən ayrılıb və H.Əzizova zəng edərək ona sahib çıxmasını tələb edib. Rədd cavabı aldıqda isə ona xəsarət yetirib.

    H.Əzizov Criminal.az saytına Aytən tərəfindən ona xəsarət yetirilməsini təsdiqlədi. Bildirdi ki, həmin qızın bir neçə dəfə itkin düşməsi ilə bağlı ailəsi tərəfindən Salyan Polis Şöbəsinə müraciətlər olunub: "Hadisədən əvvəl qızın yerini müəyyən edərək qardaşına xəbər verdim. Qızı aparmağa gedəndə ailəsinə onun yerini mən dediyimi bilib qayçı ilə arxadan məni vurdu. Xəsarətim ağır olmadı".

    Məlumat üçün bildirək ki, qızın atası mülki mühafizə xidmətinin əməkdaşıdır. Tarix- Diyarşünaslıq Müzeyində mühafizəçi işləyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər