Azərbaycanda kürəkən qayınatasını baltaladı

Azərbaycanda kürəkən qayınatasını baltaladı
  • Hadisə

  • Ağstafa rayonunda 57 yaşlı kişiyə kürəkəni tərəfindən ağır xəsarət yetirilib.

    Asiya.az report-a istinadən hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

    Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Mehdiyev aydın Qurban oğlu yaşadığı evin həyətində başından balta ilə ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub.

    Yaxınlarının bildirdiyinə görə, hadisəni mübahisə zəminində kürəkəni törədib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər