Rafael Cəbrayılov deputat mandatından imtina etməsinə aydınlıq gətirdi

Rafael Cəbrayılov deputat mandatından imtina etməsinə aydınlıq gətirdi
  • Siyasət / Manşet

  • "Deputat vəsiqələrimi girov qoymağım barədə məlumatlar tamamilə yanlışdır və absurddur".

    Asiya.az APA-ya istinadən xəbər verir ki, bunu deputat Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib.O bildirib ki, həmin qadına Almaniyaya getmək üçün təminat məktubu verib: "Lakin vəsiqəmi girov qoymamışam. Təranə Fətəliyeva adlı qadın ginekoloqdur, ailəvi yaxınıq. Qardaşım Elşənin tikinti şirkəti pul qoyub. Devalvasiyadan sonra onlar arasında problem yarandı. Mənə zəng elədi, bizə gəldilər. Xanımın əlləri əsirdi, deyirdi ki, Elşən onu təhqir edib. Elşənə zəng elədim, dedi ki, devalvasiyadan sonra məbləği 3 qat qaldırıblar. Mənzil təklif elədik. Qəbul etmədi. Mənimlə bağlı məhkəməyə müraciət elədi".

    R. Cəbrayılov haqqında yayılan məlumatlardan sonra deputatlıqdan imtina etmək qərarına gəldiyini bildirib: "Bakıda olsaydım, həmin gün mətbuat konfransı keçirərdim. Bu gün Bakıya gəlmişəm. Həyat yoldaşım ikinci ürək əməliyyatı keçirmişdi. Haqqımda yazılanlar dəhşət idi. Türkiyədə qərar gəldim ki, istefa verim. Bakıya gələn kimi istefa məktubunu təqdim etdim. Bəziləri tələsdiyimi dedi. Mən gəlib burda çıxış etməyə utandım. Ona görə birbaşa istefa verdim. Şəxsi qərarımdır. Sizə söz verirəm ki, bütün problemlər həllini tapacaq".

    O, artıq istirahət etmək istədiyini bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər