Dağılmış Masallı məktəbi - FOTOLAR

Dağılmış Masallı məktəbi - FOTOLAR
  • Sosial / Araşdırma / Manşet

  • Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar.

    Bu il böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illik yubiley ilidir. Dahi ədibin adını əbədiləşdirmək üçün respublikanın müxtəlif şəhər və rayonlarında onun adını daşıyan kinostudiya, küçələr, kitabxanalar, məktələr var. Belə məktəblərdən biri də Masallı rayonunda yerləşən Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbdir.

    1981-ci il də istifadəyə verilən məktəb vaxtı ilə həmin dövr üçün regionun ən yaxşı məktəblərindən sayılırdı. Mərkəzləşdirilmiş istilik sistemi, qapalı voleybol zalı, akt zalı, emalatxana, bufet, hərbi dərslər üçün kabinet, müasir labaratoriyalar bir vaxtlar göz oxşayırdı. İstifadəyə verildiyi vaxtdan 38 il keçməsinə baxmayaraq heç vaxt əsaslı təmir edilməyən məktəb hazırda çox bərbad vəziyyətdədir. Akt zalı, idman zalı yararsız, labaratoriyalardan, bufetdən isə əsər-əlamət yoxdur.

    Ərkivan qəsəbəsinin tam qazlaşdırılmasına baxmayaraq, bu məktəbdə sinif otaqları hələ də odun sobaları ilə qızdırılır. Əslində isə xarici və daxili fasadda olan suvağın tökülməsi, divarların çatlaması, pəncərə şüşələrinin qırıq və ya heç olmaması, döşəmənin dağılmasına görə sinif otaqları isinmir. Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar. Bu səbəblərdən qış aylarında şagirdlər tez-tez xəstələnir, dərsə davamiyyətdən geri qalırlar.

    Bir neçə valideyn məktəbin təmirə ehtiyacı olmasını ictimayiləşdirilmək məqsədi ilə Asiya.az-a müraciət edib. Valideynlər bildiriblər ki, “Övladlarımızı bu cür qəzalı, istismara yararsız məktəbdə təhsil almasından narahatıq. Dəfələrlə məktəbin keçmiş və indiki direktoruna, Masallı Rayon Təhsil Şöbəsinə məktəbin təmiri ilə bağlı şikayət etsək də bu şikayətlər müsbət həllini tapmır”.

    Onlarla qəsəbə sakini isə 3 oktyabr tarixində məktəbin təmiri ilə əlaqədar imza toplayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova ərizə ilə müraciət ediblər.
    Qəsəbə sakinləri yazdıqları müraciətlərdə, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin illərdir ki, əsaslı təmirə ehtiyac olduğunu və tezliklə bu iş üçün müvafiq sərəncam verilməsini xahiş ediblər.

    Məsələ ilə bağlı Asiya.az-ın əməkdaşı məktəbin direktoru Mənijə Yəhyayeva ilə əlaqə saxlayıb. M.Yəhyayeva bildirib ki: “Məktəbin təmiri ilə bağlı Masallı Rayon Təhsil şöbəsinə məlumat verilib. Təhsil şöbəsindən bizə bildiriblər ki, məktəb plandadır, gələcəkdə təmir ediləcək”

    Masallı Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov Asiya.az-a verdiyi açıqlamada bildirdi ki: “Adı çəkilən məktəblə bağlı Təhsil Nazirliyinə müraciət edilib. Nazirlikdən verilən məlumatda göstərilir ki, gələcək illərdə təmir ediləcək məktəblər sırasında Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin də adı var”.

    Məktəbin bərbad vəziyyətini əks etdirən fotoşəkilləri təqdim edirik:

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Məktəbin ön hissəsi

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Qəsəbə sakinlərinin məktəbin təmiri ilə əlaqədar topladıqları imzalar

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Tualet

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Bufetin çöl tərəfdən görüntüləri

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Qazanxana

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Bufetin iç tərəfdən görüntüləri

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    İkinci mərtəbəyə qalxmaq üçün pilləkən

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Daxili hissədən görüntü

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Xaricdən görüntü

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Akt zalı

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Akt zalının çöldən görüntüsü

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Məktəbin dəhlizindən görüntü

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    Xaricdən görüntü

    Dağılmış Masallı məktəbi - FOTOLAR
    İdman zalına giriş

    Cəfər Cəfərov

    PAYLAŞ:

    Oxşar xəbərlər