Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar

Bakıda 20 yaşlı oğlanı 5-ci mərtəbədən atdılar
  • Hadisə

  • Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

    Asiya.az APA-ya istinadən xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

    Naməlum şəxs və ya şəxslər 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 20 Yanvar küçəsində yerləşən binaların birinin 5-ci mərtəbəsindən atıblar.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

    Vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər