"Mən dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib" - Arif Hacılı

"Mən dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib" - Arif Hacılı
  • Siyasət / Manşet

  • "Müsavat Partiyası 2000-ci illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasətini qəbul etmirdi. Tam əminliklə deyirəm ki, sonrakı mərhələdə Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasətini dəyişdi. Biz ona görə AXCP ilə münasibətləri bərpa etdik"...

    Bunu Müsavat Partiyasının başqanlığına namizəd Arif Hacılı namizədlərin debatında deyib.

    "Mənə deyirdilər ki, Əli Kərimlinin əleyhinə danışırdınız, indi isə müdafiə edirsiniz, niyə dəyişmisiniz? Dedim, dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib. Əgər AXCP 2000-ci ildəki siyasətinə qayıtsa, yenə tanımayacağıq. Məsələnin, mahiyyəti budur, şəxsi qərəzliyimiz yoxdur" - deyə A.Hacılı qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər