Qadınların zorakılığa daha çox məruz qaldığı rayonlar açıqlandı

Qadınların zorakılığa daha çox məruz qaldığı rayonlar açıqlandı
  • Sosial / Manşet

  • Azərbaycanda məişət zorakılığı qurbanlarının sayı açıqlanıb.

    Asiya.az
    bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il ölkə üzrə 1221 nəfər məişət zorakılığının qurbanı olub. Məişət zorakılığı qurbanı olan 1221 nəfərinin 75 faizi qadınların payına düşüb.

    Məlumata görə, Balakən, Füzuli, Lerik, Naftalan, Xızı rayonlarında məişət zorakılığından zərər çəkən şəxslərin hamısı qadınlar olub. Qadınların məişət zorakılığına ən az məruz qaldığı rayonlar isə Zərdab (40%), Qazax (40%), İmişli (46,7%), Lənkəran (47,1%), Qubadır (47,4%).

    Qeyd edək ki, son günlər qadınların məişət zorakılığı qurbanı olması hallarına tez-tez rast gəlinir. Ailə-məişət zorakılığı zəminində törədilən qətllərdə altı qadın həyatını itirib. Bu hadisələrlə bağlı sosial şəbəkələrdə etiraz kampaniya başladılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər