Xətai RİH-in qorxulu sərgüzəştləri - FOTO

Xətai RİH-in qorxulu sərgüzəştləri - FOTO
  • Sosial / Araşdırma / Manşet

  • Xətai rayonunun Əhmədli qəsəbəsində bina evlərinin üstündən su çənləri yığışdırılır, sonra qaytarmaq üçün 50 manat istəyirlər...

    Bu barədə sosial şəbəkədə məlumat verən Əhmədli sakinləri narazılıqlarını bildiriblər. Belə ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılan proses etirazlara səbəb olub. Sakinlər qeyd ediblər ki, su çənlərinin yığışdırılması zamanı heç bir təhlükəsizlik qaydasına əməl edilməyib: "Həyətdə maşınları saxlamışıq, üstündən su çəni sallayırlar. Üstəlik, uşaqlar həyətdə oynayırlar, insanlar var. O çənin biri yuxarısan düşsə neçə insan, neçə avtomobil xəsarət alar. İcra hakimiyyəti bunu edəcəkdisə əvvəlcədən xəbərdarlıq etməli idi. Üstəlik, su çənlərini götürürlər, əvəzində daimi su ilə təmin etmirlər. Bütün bunlar da bir yana, vətəndaşın dəmir su çənini götürüb aparırlar, sonra da özündən 50 manat istəyirlər ki, pul ver qaytaraq".

    Məsələ ilə bağlı Xətai RİH-ə zəng etsək də telefona cavab verən şəxs qurumda beş günlük iş həftəsinin olduğunu, hazırda heç kimin olmadığını dedi. RİH-in mövqeyini verməyə hazırıq.


    Xətai RİH-in qorxulu sərgüzəştləri - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər