İçki məclisində qan düşdü - ürəyindən bıçaqladılar

İçki məclisində qan düşdü - ürəyindən bıçaqladılar
  • Hadisə

  • Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Asiya.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, insident zamanı 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldar oğlu ürəyindən bıçaqlanıb.

    Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da yolda keçinib.

    İlkin məlumatlara görə, hadisə Kür çayının yaxınlığında yerləşən kafelərdən birində baş verib.

    Hadisəni Faxrəddin Məmmədov adlı şəxs törədib. Hazırda qətli törədən şəxsin istintaqa cəlb olunması istiqamətində Tovuz rayon Polis Şöbəsi tərəfindən əməliyyat axtarış tədbirlərinə başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər