Onlayn alış-verişin ünvanı - “Unimall.az”

Onlayn alış-verişin ünvanı - “Unimall.az”
  • Sosial / Araşdırma / İqtisadiyyat / Manşet

  • Unimall.az” da müxtəlif mağaza və şirkətlərin öz məhsullarını satışa çıxardığı online alış veriş platformudur.

    Alış-veriş həyatımızın ayrılmaz bir parçasıdır. Xüsusilə, internetin vaz keçilməz olduğu dünyada onlayn alış-veriş geniş vüsət alıb. Vaxt azlığı, çətin iş tembri alış-verişə çox zaman ayırmağımıza imkan vermir. Belə olduqda, onlayn alış-veriş ən böyük fürsətləri təqdim edir. Onlayn alış-verişin bir çox tərəfləri var ki, bizə ənənəvi alış-verişdən daha çox imkanlar yaradır. Bu imkanlardan biri də çeşidlilikdir. Siz heç yerə getmədən bir neçə mağazanın məhsulları ilə tanış ola, onları müqayisə edə və büdcənizə uyğun gələn məhsulu bir kliklə sifariş edə bilərsiniz. Onlayn alış-veriş sadəcə vaxta və büdcəyə qənaət etmir. Həm də seçdiyiniz məhsulu sizin qapınıza gətirir. Beləliklə, təcili lazım olan bir məhsulu sizə daha əlçatan edir. Onlayn alış-verişin geniş vüsət aldığı zamanda bu xidməti təqdim edən platformalar bazarda olduqca çoxdur.

    Asiya.az xəbər verir ki, "Unimall.az da müxtəlif mağaza və şirkətlərin öz məhsullarını satışa çıxardığı online alış-veriş platformudur. Burada hər məhsul müəyyən mağaza tərəfindən satılır. “Unimall.az” 120.000-dən çox məhsul, 700-dən çox partnyorla artıq 3 ildir ki, sizə xidmət edir.

    Bəs, “Unimall.az” platformasının digərlərindən fərqi nədən ibarətdir? “Unimall.az” saytı orijinal və A klass məhsullar təqdim edən mağazalarla əməkdaşlıq edir. “Unimall.az” saytı sadəcə müştərilərə çeşidlilik deyil, həm də mağaza və şirkətlərə də alternativ satış platforması təqdim edir. Sayt üzərindən şirkətlər öz mağazalarında mövcud olan və həmçinin sifarişlə gətirilə bilən məhsulları satışa çıxarırlar. Satıcılar tam idarəolunan və çoxfunksional xüsusi admin səhifəsi vasitəsilə öz məhsullarını və satış aksiyalarını fiziki mağazalarında olduğu kimi idarə edirlər.

    Qeyd edək ki, “Unimall.az” indiyə qədər minlərlə satış həyata keçirmiş, alıcı və satıcıların inamını və rəğbətini qazanmışdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər